“Tülkülər”in 3 milyonluq həmləsi

“Lester” “Parma”nın sağ cinah müdafiəçisi Voyo Kulibalini transfer edib.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabiritsio Romano məlumat yayıb. Onun sözlərinə görə İngiltərə təmsilçisi bu transfer üçün 3 milyon funt-sterlinq xərcləyib.

25 yaşlı Kulibali 2021-ci ildə 1,5 milyon avroya Fransanın “Havr” klubundan “Parma”ya keçib. O, bu mövsüm italyanların heyətində 15 matçda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.