Tudor: “Qələbə komandanı psixoloji cəhətdən gücləndirəcək”

“Yuventus”un baş məşqçisi İqor Tudor A Seriyasında “Cenoa”ya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyun modelimizi dəyişdik. Hücumlara şaquli və intensiv çıxdıq. Uşaqların buna reaksiyası yaxşı oldu. Hələ nəzərə alaq ki, birlikdə cəmi 2-3 məşq etmişik. Uşaqlar qələbəyə can atırdılar. 1:0 xüsusi nəticədir. Düzdür, daha çox qol vura bilərdik. Amma istənilən halda, qələbə komandanı psixoloji cəhətdən gücləndirəcək”.

“Yuventus” çempionatda 30 turdan sonra 55 xalla 5-ci sıradadır.