İngiltərə yığmasının sabiq futbolçusu Qlen Conson “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldla bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, “qırmızılar”ın ingilis futbolçunu komandada saxlamalı olduğunu deyib:
“Düşünürəm ki, hər şey yaxşı olacaq. Trent “Liverpul”a bağlı bir oyunçudur. Lakin reallıqlar da var. Klub ona yaxşı müqavilə təklif etməlidir. Trent getsə, bu, “Liverpul”un günahı olacaq”.
Trentin müqaviləsi mövsümün sonunda başa çatır. 25 yaşlı cinah müdafiəçisinin adı “Real”la hallanır.