“Trabzonspor” sabiq oyunçusunu qaytardı

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi Antoni Nvakaemeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Nvakaemenin son klubu “Əl Feyha” olub. Nigeriyalı hücumçu daha əvvəl 2018-2022-ci illərdə “Trabzonspor”da çıxış edib. O, 145 oyunda 47 qol vurub, 40 məhsuldar ötürmə edib.