“Trabzonspor” “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Trabzonspor” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqada “beşlik”də olmağı hədəfləyən Qaradəniz təmsilçisi qış fasiləsində heyətini gücləndirmək niyyətindədir. Klub nümayəndələri 23 yaşlı müdafiəçini izləyib və performansını bəyənib.

Toral bu mövsüm 18 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.