Topaz Premyer Liqası klubları Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurdu. Bu gün səhər saatlarında onlardan sonuncusu “Zirə” də vətənə qayıtdə.
Təmsilçilərimiz üçün qonşu ölkədəki hazırlıq dönəmi yoxlama oyunları baxımından kasad olmadı. Komandalar ümumilikdə 35 görüşdə qüvvələrini sınadı. TPL klubları bu matçların cəmi 5-də qələbə qazanmağı bacardı. “Qarabağ”, “Sumqayıt”, “Neftçi” və “Səbail” toplanışı qalibiyyətsiz başa vurdu, digər 4 klubdan 3-ü 1, “Kəpəz”isə 2 qələbə qazandı.
Matçların 12-də heç-heçə edən klublarımız 18 dəfə meydanı məğlub tərk etdi. Yenilgilərdən 5-i böyük hesabla oldu. Hətta 1:8 hesablı iki darmadağın da qeydə alındı.
35 qarşılaşmada TPL təmsilçiləri cəmi 30 dəfə fərqlənə bildi. Bunun müqabilində rəqib komandalar 65 qola sevindi.
Komandaların ayrı-ayrılıqda göstəricilərinə nəzər yetirək…
“Qarabağ”: Premyer Liqanın lideri 6 yoxlama oyunu keçirdi. 4 matçda heç-heçəyə razılaşan Ağdam klubu 2 görüşdə məğlub oldu və toplanışı qələbəsiz başa vurdu. Qurban Qurbanovun yetirmələri rəqiblərinin 9 qoluna 6 dəfə cavab verdi.
“Qarabağ”- “Kuban” (Rusiya) – 2:2
“Qarabağ”- “Lexiya” (Polşa) – 1:1
“Qarabağ”- “Şkupi” (Makedoniya) – 0:0
“Qarabağ”- “Mariupol”(Ukrayna) – 2:3
“Qarabağ”- “Sarayevo” (Bosniya və Hersoqovina) – 0:2
“Qarabağ” – “Mladost” (Monteneqro) – 1:1
“Qəbələ: Çempionluq yarışındakı əsas rəqibindən fərqli olaraq, “qırmızı-qaralar” qələbə qazanmağı bacardı. Roman Qriqorçukun komandası keçirdiyi digər 5 görüşdə 2 heç-heçə və 3 məğlubiyyətlə üzləşdi. Top fərqi – 7:11.
“Qəbələ” – “Akhisar Bələdiyyəspor” (Türkiyə) – 1:1
“Qəbələ” – “Sürix”(İsveçrə) – 0:1
“Qəbələ” – “Rabotniçki” (Makedoniya) – 2:1
“Qəbələ” – “Arsenal” (Tula, Rusiya) – 3:3
“Qəbələ” – “Bohemians”(Çexiya) – 1:3
“Qəbələ” – “Şkendiya” (Makedoniya) – 0:2
“Zirə”: Premyer Liqanın 3-cüsü cəmi 3 yoxlama oyunu keçirdi. 1 görüşdə qələbə qazanan qəsəbə təmsilçisi, qalan 2-də məğlubiyyətlə üzləşdi. 3 qol vuran Ayxan Abbasovun komandası öz qapısında 5-ni gördü.
“Zirə” – “Volentaru”(Rumıniya) – 2:0
“Zirə” – “Avanqard” (Rusiya) – 0:3
“Zirə” – “Haladaş” (Macarıstan) – 1:2
“Sumqayıt”: “Gənclik şəhəri” təmsilçisi də qonşu ölkədən qələbəsiz qayıtdı. Samir Abasovun komandası 4 matçda cəmi 1 heç-heçə etdi və eyni sayda qol vurdu. Bunun müqabilində rəqib komandalar “Sumqayıt”ın torunu 7 dəfə silkələdi.
“Sumqayıt” – “Konkordiya” (Rumıniya) – 0:1
“Sumqayıt” – “Akademiya Pandev” (Makedoniya) – 1:1
“Sumqayıt” – “Anji” (Rusiya) – 0:1
“Sumqayıt” – “Mladost” (Serbiya) – 0:4
“Neftçi”: “Flaqman” bütün oyunlarda məğlub olmaqla “diqqət çəkdi”. İlk matçda “SKA-Xabarovsk”la (Rusiya) görüşdə qeydə alınan 1:8 hesabı qış fasiləsinin iki ən acınacaqlı yenilgisindən biri oldu. “Ağ-qaralar” 5 görüşdə cəmi 1 qola sevinə bildi. Rəqibləri isə Tərlan Əhmədovun komandasını 15 dəfə cəzalandırdı.
“Neftçi” – “SKA-Xabarovsk” – 1:8
“Neftçi” – “Konkordiya” (Rumıniya) – 0:1
“Neftçi” – “Slaviya” (Bolqarıstan) – 0:1
“Neftçi” – “Krılya Sovetov” (Rusiya) – 0:2
“Nefçti” – “Sileks” (Makedoniya) – 0:3
“Səbail”: Premyer Liqanın debütantı 4 görüş keçirdi və bunların 3-də heç-heçə etdi. Samir Əliyevin komandası yeganə məğlubiyyətini Sofiya “Lokomotiv”indən aldı. Top fərqi – 4:6.
“Səbail” – “Çernomorets”(Odessa, Ukrayna) – 0:0
“Səbail” – “Napredak” (Serbiya) – 1:1
“Səbail” – “Lokomotiv” (Bolqarıstan) – 1:3
“Səbail” – “Senika” (Slovakiya) – 2:2
“Keşlə”: Toplanışı yeni baş məşqçiylə keçirən bakılıların 3 oyununda fərqli nəticələr qazandı. Yuri Maksimovun komandas həm qələbə, həm məğlubiyyət, həm də heç-heçəni daddı. Top fərqində də balans pozulmadı – 3:3.
“Keşlə” – “Rabotniçki” (Makedoniya) – 1:0
“Keşlə” – “Karpatı” (Ukrayna) – 1:2
“Keşlə” – “Yenisey” (Rusiya) – 1:1
“Kəpəz”: “Neftçi” kimi ikinci ən köklü klubumuz da 1:8 hesablı darmadağınla üzləşdi. Ancaq bakılılardan fərqli olaraq, gəncəlilər 2 dəfə qələbə qazanmağa və heç-heçə etməyə də imkan tapdı. Yunis Hüseynovun komandası 4 oyunda buraxılan 9 qola 5 dəfə cavab verdi.
“Kəpəz” – “Vitorul” (Rumıniya) – 1:1
“Kəpəz” – “Daejeon Citizen” (Cənubi Koreya) – 1:0
“Kəpəz” – “Yagelloniya” (Polşa) – 1:8
“Kəpəz” – “Spartak” (Subotiça, Serbiya) – 2:0
Faiq Tahirov
Məqalə AFFA yanında Media Komitəsinin müsabiqəsi çərçivəsində hazırlanıb