“Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq”

“Oyuna yaxşı hazırlaşmağımız üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbi matçının məsuliyyətini anlayırıq”.

Futbolpress.az xəbər verir ki, bu sözləri “Turan Tovuz” ilə oyun öncəsi komandamızın üzvü Paçu Lira klubun mətbuat xidmətinə açıqlamasında deyib. Əlavə edib ki, gərgin oyun olacaq:

“Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir”.

Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Qərb derbisinin özü üçün fərdi planda prinsipiallıq daşımadığını qeyd edib:

“Növbəti çempionat oyunudur. Düzdü, əzəli rəqabəti nəzərə olaraq matçın prinsipial statusda olduğunu deyə bilərik. Biz meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mən mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.