Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görüldü

Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun mətbuat xidməti məlumat yayıb. FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

“Turan Tovuz” Premyer Liqada 2023/24 mövsümünü 6-cı sırada başa vurub.