Bütün karyerasını “Roma”da keçirən Françesko Totti ən çox kiminlə oynamaq istədiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, onun sözlərinə görə, bu şəxs braziliyalı Ronaldo Nazariodur:
“Mənim ən böyük peşmanlığım Ronaldo ilə eyni komandada oynamamağımdır. Düşünürəm ki, o, Messi və Kriştiano Ronaldodan güclüdür və ümumilikdə Maradonadan başqa o, futbol tarixinin ən yaxşı oyunçusudur”.
Xatırladaq ki, Françesko Totti karyerasını 2017-ci, fenomen Ronaldo isə 2011-ci ildə başa vurub.