“Tottenhem”in sabiq futbolçusu infarkt keçirdi

Fransanın “Lill” klubunun futbolçusu Nabil Bentaleb təcili xəstəxanaya yerləşdirilib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi infarkt keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun durumu hələlik məlum deyil

Bentaleb karyerası ərzidə “Şalke”, “Tottenhem”, “Nyukasl” kimi komandalarda çıxış edib.

O, ötən mövsüm 34 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.