“Tottenhem”in futbolçusu italyanların “radar”ında

“Tottenhem”in futbolçusu Deyan Kuluşevski karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter” isveçli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Tutto Mercato” nəşri məlumat yayıb. “Neradzurra” sağ cinah oyunçusu üçün təklif göndərməyə hazırlaşır.

Kuluşevskinin “Tottenhem”lə müqaviləsi 2028-ci ilin yayına kimidir. O, ötən mövsümdə 39 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.