“Tottenhem”dən “Marsel”ə

“Marsel” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Tottenhem”dən Pyer-Emili Höybyerqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Höybyerq 2020-ci ilin yayından “Tottenhem”də çıxış edirdi. O, London klubunda 184 oyunda 10 qol vurub, 16 məhsuldar ötürmə edib.