“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, London klubu “Slaviya”dan (Çexiya) Antonin Kinskini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Tottenhem” 21 yaşlı qapıçı üçün 16 milyon avro ödəyib.
Kinski bu mövsüm 29 oyunda meydana çıxıb.