“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “tülkülər” “Tottenhem”dən Oliver Skippi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Skipp “Tottenhem”in yetirməsidir.