“Tottenhem” tarixində ilk dəfə bunu bacardı

“Tottenhem” İngiltərə Premyer Liqasının XXV turunda “Mançester Yunayted”i məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi tarixində ilk dəfə “qırmızı şeytanlar”ı bir mövsümdə iki dəfə məğlub etməyi bacarıb. Komanda birinci dövrədə səfərdə “Mançester Yunayted”ə 3 cavabsız qolla qalib gəlib.

“Tottenhem” turnir cədvəlində 30 xalla 12-ci, “Mançester Yunayted” isə 29 xalla 15-ci sıradadır.