“Tottenhem” futbolçusu Tanquy Ndombele ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ndombele ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. 27 yaşlı futbolçu Super Liqada 26 oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.