“Tottenhem” onu 15 milyona satdı

“Tottenhem”in futbolçusu Emerson Royal karyerasını “Milan”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Nikolo Skira məlumat yayıb. “Qırmızı-qaralar” müdafiəçi üçün 15 milyon avro qarşılığında razılıq əldə edib.

“Milan” 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

Emerson ötən mövsüm 24 oyunda 1 qol vurub.