“Tottenhem” 4 futbolçu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi Erik Dayer, İvan Perişiç, Rayan Sessenyon və Capet Tanqanqa ilə müqaviləni uzatmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Tottenhem” Premyer Liqada 2023/24 mövsümünü beşinci sırada bitirib.