“Tottenhem” – “Mançester Yunayted”in qənimi

“Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”ə qalib gəlib – 1:0.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi bu mövsüm artıq 4-cü dəfə “qırmızı şeytanlar”ı məyus edib. “Tottenhem” 1986-cı ildən sonra “Mançester Yunayted”i bir mövsümdə bu qədər məğlub edən birinci komanda olub.

“Qırmızı şeytanlar” daha əvvəl 1985/86 mövsümündə “Everton”a 4 dəfə uduzub.