İngiltərənin “Tottenhem” klubu hücumçu axtarışlarını davam etdirir.
Futbolpress.az “BBC News” nəşrinə istinadən xəbər verir ki, London klubu “Bornmut” forması geyinən Dominik Solanke üçün hərəkətə keçib.
“Tottenhem” ingiltərəli forvard üçün 60 milyon funt-sterlinq ödəməyə hazırdır, lakin qarşı tərəf 65 milyon funt-sterlinq tələb edir.
Solanke ötən mövsüm bütün turnirlər daxil olmaqla, 42 oyunda 21 dəfə rəqib qapılara yol tapıb.