Romada “qol yağışı”

Bu gün İtaliya A Seriyasında XVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Torino” səfərdə “Empoli”yə qalib gəlib.

Lider “Atalanta” və ikinci “Napoli” turu qələbə ilə başa vurub. “Yuventus” azarkeşləri önündə xal itirib.

“Bolonya” “Fiorentina”ya, “Komo” “Roma”ya qalib gəlib. “Milan” azarkeşləri önündə “Cenoa” ilə heç-heçə edib.

Turun son matçında “İnter” səfərdə “Latsio”nu darmadağın edib.

İtaliya A Seriyası
XVI tur

13 dekabr

Empoli – Torino 0:1
Qollar: M.Adams, 70

14 dekabr

Kalyari – Atalanta 0:1
Qollar: N.Zanyolo, 66

Udineze – Napoli 1:3
Qollar: F.Toven, 22 – R.Lukaku, 50, L.Giannetti, 76 (avtoqol), F.Anqissa, 81

Yuventus – Venetsiya 2:2
Qollar: F.Qatti, 19, D.Vlahoviç, 90+5 (pen.) – M.Ellertsson, 61, J.İdzes, 83

15 dekabr

Leççe – Montsa 2:1
Qollar: T.Morente, 3, N.Krstoviç, 44 – P.Dorqu, 37 (avtoqol)

Bolonya – Fiorentina 1:0
Qol: J.Odqaard, 59

Parma – Verona 2:3
Qollar: S.Sohm, 19, 90 – D.Koppola, 5, A.Sarr, 57, D.Moskera, 75

Komo – Roma 2:0
Qollar: A.Qabrielloni, 90+3, N.Paz, 90+7

Milan – Cenoa 0:0

16 dekabr

Latsio – İnter 0:6
Qollar: H.Çalhanoğlu, 41 (pen.), F.Dimarko, 45, N.Barella, 51, D.Dumfris, 53, K.Auqusto, 77, M.Türam, 90