Toral: “Sonuna qədər bu uğuru haqq edirdik”

“Qarabağ” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qalibi olub.

Futbolpress.az xəbər verir ki, “atlılar” “Araz-Naxçıvan”la son oyundan (2:2) sonra medalların qovuşub.

“Qarabağ”ın futbolçusu Toral Bayramov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırdı:

– Mövsüm başa çatdı. Çox sevincliyik. Möhtəşəm mövsüm oldu. İlk başda bəziləri bizə güvənmirdi. Allaha şükürlər olsun ki, toparlana bildik. Uğurlu nəticə əldə etdik. Sonuna qədər bu uğuru haqq edirdik.

– Sanki bu mövsüm daha asan keçdi… 
– Belə düşünmürəm. Əksinə düşünürəm ki, daha çətin keçdi. Rəqabət daha yüksək idi. Toparlanıb, sona 8 tur qalmış çempion olduq. Amma dediyim kimi düşünmürəm ki, asan oldu.

– Legioner həyatı yaşamağın vaxtı deyil?
– Bu məsələ barədə danışmaq istəmirəm. Bu işlərlə menecerim, rəhbərlik məşğuldur. Yaşayıb görərik.

– Çempionlar Liqasının formatı dəyişib. Bunu nəzərə alaraq qarşıdakı hədəfiniz nə olacaq? 
– Hər zaman olduğu kimi, istəyirik ki, ölkəmizi avrokuboklarda, Çempionlar Liqasının qrupunda mərhələsində yaxşı təmsil edək. Daha da çalışıb, ölkəmizi, azarkeşlərimizi sevindirmək istəyirik.

– Əzəli rəqibiniz “Neftçi” avrokuboklardan kənarda qaldı…
– Futbolda bu cür hallar baş verir. Gələn mövsüm bizim taleyimizin necə olacağı bəlli deyil. Futbolda belə şeylər olur.

Məlik Məlikov