Toralın qolu həftənin ən yaxşısı adına namizəd oldu

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo-Qlimt”ə vurduğu qol da yer alıb.

Toral bu nominasiyada “Qalatasaray”lı Yunus Akgün, “Ludoqorets”li Erik Markus və “Ayntraxt”lı OMar Marmuşla mübarizə aparacaq.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.