“Arsenal” İngiltərə Premyer Liqasının V turunda “Mançester Siti” ilə heç-heçə edib – 2:2.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi ikinci hissəni azlıqda oynayıb və topa sahib olma “şəhərlilər”in xeyrinə olub – 74:26.
“Arsenal”ın iki futbolçusu Yurian Timber və Kay Haverts görüşün ən zəif çıxış edənlərindən olub. Hər iki oyunçu matçboyu dəqiq ötürmə verə bilməyib. Bu, “Arsenal”ın tarixində bir Premyer Liqa oyunundakı ən uğursuz statistikadır.