TOP-5-də məğlub olmayan qalmadı

PSJ Fransa Liqa 1-də XXXI turda “Nitsa”ya məğlub olub – 1:3.

Futbolpress.az xəbər verir ki, bununla da Paris təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. PSJ TOP-5 çempionatlarında bu mövsüm uduzmayan yeganə komanda idi.

Fransızlar ötən turdan çempionatda qızıl medalları təmin edib. Komanda 78 xalla birincidir və ən yaxın izləyicisi “Marsel”i 23 xal qabaqlayır.