Toni Kroos “Real”dan ayrılacaq və…

“Real”ın futbolçusu Toni Kroos yayda klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə alman jurnalist Florian Plettenberq “X” hesabında paylaşım edib. O, Kroosun mövsümün sonunda “Real”dan ayrılacağını və Avro-2024-dən sonra karyerasını bitirəcəyini bildirib.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. 34 yaşlı yarımmüdafiəçi “kral klubu”nda 463 oyunda 28 qol vurub, 98 məhsuldar ötürmə edib.

Kroos Almaniya millisi ilə Avro-2024-də iştirak etdindən sonra futbolçu karyerasını sonlandıracaq.