TFF prezidentindən UEFA qərarına etiraz

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi müdafiəçi Merih Demiralın “bozqurd” işarəsinə görə cəzalanmasına etiraz edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis UEFA-nın qərarından narazı olduğunu bildirib:

“Bu cəzanı qəbul edə bilmərik. Bu, hüquqdan kənar və siyasi qərardır. Oyunçumuzun sevinci siyasi işarə deyil. Türklər 100 ildir, bundan istifadə edir”.

UEFA Avstriya ilə oyunda qol sevinci zamanı “bozqurd” işarəsi göstərən Merihi iki oyunluq diskvalifikasiya edib.