Teymur Rəcəbov “Şarja Masters”də iştirak edəcək

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov Birləşmiş Ərəb Əmirliklərində ənənəvi keçirilən “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Yarış 14-22 may aralığında baş tutacaq.