“Borussiya”nın baş məşqçisi Edin Terziç Çempionlar Liqasının finalında “Real”a məğlubiyyəti (0:2) şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə layiq olmaqdıqlarını qeyd edib:
“Biz yaxşı oyun göstərdik. Düşünürəm ki, hesab ədalətli olmadı. Daha yaxşı nəticəyə layiq idik. Biz göstərdik ki, final oynamaq üçün yox, qalib gəlmək üçün meydana çıxmışıq. Hər şeyi düzgün etdik, sadəcə lazımi anda soyuqqanlılıq çatmadı. Lakin oyunumuz fantastika idi. Matçın gedişində fərqlənmək üçün şanslarımız oldu, lakin son nöqtəni qoya bilmədik”.
“Real” qələbə sayəsində 15-ci dəfə sözügedən turnirin çempionu oldu.