Terziç: “Finalda favorit olmayacağıq”

“Borussiya” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində PSJ-ni iki oyunun nəticəsinə görə 2:0 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, oyundan sonra Bundesliqa təmsilçisinin baş məşqçisi Edin Terziç matçla bağlı fikirlərini bölüşüb:

“Sevincliyik, fianla vəsiqə qazana bildik. Bundesliqada da uğur qazanacağımıza ümid edirdik. Lakin olmadı. Finalda favorit olmayacağıq. Lakin sona qədər mübarizə aparacağıq. Bu bir matçdan ibarət oyundur. Hər şey ola bilər”.

Komandanın finalda rəqibi “Real”  – “Bavariya” cütünün qalibi olacaq.