Terziç: “Favorit olmadığımızı bilirik”

Bu gün UEFA Çempionlar Liqasında final matçı keçiriləcək. Həlledici qarşılaşmada “Real” və “Borussiya” qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, matçdan öncə Bundesliqa klubun baş məşqçisi Edin Terziç matçla bağlı fikirlərini bölüşdü:

“Turnirin ən uğurlu komandasına qarşı çıxış edəcəyik. Məqsədimiz çempion olmaqdır. “Real”ın bu mövsüm cəmi iki məğlubiyyəti var. İstəyimiz çatmaq üçün oyuna ciddi hazırlaşmışıq. Rəqibə hörmət edirik, lakin komandama güvənirəm. Favorit biz deyilik, amma futbolda hər şey mümkündür”.

Qarşılaşma 23:00-da start götürəcək.