“Barselona”nın və Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Əl-İttihad” qapıçı ilə yaxından maraqlanır.
Alman qapıçının Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Ter Ştegen bu mövsüm 35 matçın 13-də qapısından qol buraxmayıb.