Ter Ştegen “Barselona”dan ayrıla bilər

“Barselona”nın və Almaniya yığmasının qapıçısı Mark-Andre ter Ştegen karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl-İttihad” qapıçı ilə yaxından maraqlanır.

Alman qapıçının Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Ter Ştegen bu mövsüm 35 matçın 13-də qapısından qol buraxmayıb.