Ten Haqla bağlı qərar verildi

“Mançester Yunayted”də baş məşqçi Erik ten Haqın taleyi məlum olub.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə şans verməyi qərara alıb və o, azı bir mövsüm də “qırmızı şeytanlar”a rəhbərlik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Mançester Yunayted” Premyer Liqada ötən mövsümü 8-ci sırada başa vurub.

Ten Haq 2022-ci ilin yayından komandaya rəhbərlik edir. “Qırmızı şeytanlar” onun başçılığı altında 114 oyunda 68 qələbə qazanıb, 31 dəfə məğlub olub.