“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Erik ten Haqla yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “Qırmızı şeytanlar”da bu posta əsas namizəd Tomas Tuxeldir.
Klub rəhbərliyi Eriki göndərəcəyi halda, Tuxellə danışıqlara start verəcək. Klubun daha əvvəl bu posta Zinəddin Zidanı gətirmək istədiyi iddia edilirdi.
Tomasın son ünvanı “Bavariya” olub. O, daha əvvəl İngiltərədə “Çelsi”yə rəhbərlik edib.
“Mançester Yunayted” Premyer Liqada 6 turdan sonra 7 xalla 13-cü sıradadır.