“Ten Haqı rahat buraxın”

“Mançester Yunayted”in sabiq futbolçusu Endi Koul açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla bağlı danışıb:

“Liverpul”la matçda məğlubiyyət yaxşı olmadı. Düzdür, bizim dönəmimizdə belə oyunlarda çox uduzmurduq. Amma çempionat yeni başlayıb. Ten Haq iki ildə iki kubok qazanıb. O, komandaya layiqdir. Ten Haqı rahat buraxın”.

“Mançester Yunayted” Premyer Liqada 3 turdan sonra 3 xalla 14-cü sıradadır.