Ten Haq yenə onu kənarda saxladı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının II turunda “Brayton”un qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu Ceydon Sanço oyunun heyətinə daxil edilməyib. İngiltərəli cinah oyunçusu ardıcıl ikinci matçdır, heyətdən kənarda qalır.

Daha əvvəl baş məşqçi Erik ten Haq 24 yaşlı futbolçunun səhhətində problem olduğunu söyləmişdi.

Sançonun “Mançester Yunayted”dən ayrılacağı gözlənilir. Onun adı “Yuventus”la hallanır.

“Brayton” – “Mançester Yunayted” oyunu saat 15:30-da start götürəcək.