“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqada “Kristal Pelas”la heç-heçə etdikləri görüşlə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Qəbələ qazanmayanda xoşbəxt ola bilmirəm. Qələbə qazanmalıydıq və xüsusilə, birinci hissədə onları çox üstələdik. Fasilədən sonra balans yarandı. Amma birinci hissədə işimizi həll etməli idik. Çatışmayan cəhətimiz realizasiyadır. Cərimə meydançasında topları istədiyimiz kimi tamamlasaydıq, hər şey fərqli olardı. Buna baxmayaraq, sakit qalmalı və önümüzə baxmalıyıq”.
“Mançester Yunayted” 5 turdan sonra 7 xalla 11-ci sıradadır.