“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasında “Fənərbağça”ya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Turnirdə ardıcıl iki çətin səfər oyunu oynadıq. Qol vurandan sonra müdafiədə etibarlı oynamalı, əlinə düşən şansları dəyərləndirməlisən. Qələbə qazana bilmədiyimiz üçün məyusuq. “Fənərbağça” çox yaxşı azarkeşləri və futbolçuları komanda komandadır.
İstanbulda bir xal qazanmaq pis nəticə deyil. Amma hədəfimiz hər matçda qələbədir”.