Ten Haq “Old Trafford” üçün darıxır

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq açıqlama verib.

Futbolpress.az “SegStories” portalına istinadən xəbər verir ki, mütəxəssis yaya qədər klub çalışdırmayacağını deyib:

“Qərarımı vermişəm və mövsümün sonuna kimi işə başlamayacağam. “Mançester Yunayted” karyeram? Darıxdığım bir şey varsa, o da “Old Trafford”dur. Bu klubda yüksək nailiyyətlər əldə etdik, amma inkişaf üçün zamana ehtiyac var”.

Ten Haq 2022-ci ilin yayından 2024-cü ilin oktyabrına kimi “Mançester Yunayted”ə rəhbərlik edib. Komanda onun başçılığı altında 128 oyunda 72 qələbə qazanıb, 36 dəfə uduzub.