“Bavariya”nın futbolçusu Matteys de Lixt karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” niderlandlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Florian Plettenber sosial şəbəkə hesabında paylaşım edib.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq “Ayaks”da birlikdə işlədiyi de Lixti komandasında görmək istəyir.
Matteys ötən mövsüm “Bavariya”da 30 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.