“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın III turunda “Liverpul”a məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçdan sonra bunları deyib:
“Mən Harri Porter deyiləm. Bu, mövsümün üçüncü oyunudur və yeni komandayıq. Bunu dəfələrlə izah etmişəm. “Liverpul”la görüşdə uzun müddət oynamayan üç futbolçu meydanda oldu. Komandamız daha yaxşı olacaq, bilirəm. İnanıram ki, titul qazana biləcəyik”.
“Mançester Yunayted” Premyer Liqada 3 turdan sonra 3 xalla 14-cü sıradadır.