Tellesin yeni klubu rəsmiləşdi

“Əl Nəsr”dən ayrılan Aleks Tellesin yeni klubu rəsmiləşib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Braziliya təmsilçisi “Botafoqo” ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Telleslə 2,5 illik sözləşmə imzalanıb.

Aleks “Əl Nəsr”də ötən mövsüm 38 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.