Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avro-2024-ün qrup mərhələsində Slovakiyaya məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Qol vurmalıydıq, bunu etsəydik, indi problemlərdən danışmırdıq. Yaxşı fürsətlərimizi boşa verdik. Futbolçular da buna görə məyus oldu.
Nəticədə məğlub olduq. Bunu yaşayacağımızı bilirdik. Əfsuslar olsun ki, birinci matçda oldu. Bir neçə qol şansımız olsa da, yararlana bilmədik. Qol vursaydıq, daha rahat oyun olacaqdı”.