Tebas İspaniya Futbol Federasiyasının vitse-prezidenti təyin edildi

Xavyer Tebas İspaniya Futbol Federasiyasının vitse-prezidenti təyin edilib.

Futbolpress.az xəbər verir ki, 62 yaşlı mütəxəssis 2024-cü ildən 2028-ci ilə kimi vəzifəsini icra edəcək. Maraqlıdır ki, yeni İdarə Heyəti ilk dəfə olaraq bərabər şəkildə kişi və qadınlardan ibarətdir. İdarə Heyətinin 25 faizi müstəqil üzvlərdir.

2023-cü ilin dekabrında Tebas İspaniyanın ən yaxşı yarışmasının prezidenti olaraq qalmaq üçün La Liqa seçkilərində qalib gəlib.