Niderland Kubokunun qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Alkmaar” və “Qou Ehed İqlz” komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı bərabərliklə bitən (1:1) matçda qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan “Qou Ehed İqlz” kuboku qazanıb.
Komanda tarixində ilk dəfə bu titula yiyələnib.