Tanınmış qapıçı “nikah təzələdi”

“Seltik” futbolçusu Kasper Şmeyxel ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb. Qlazqo təmsilçisi 38 yaşlı qolkiperin müqaviləsini 2026-cı ilin yayına kimi artırıb.

Şmeyxel bu mövsüm 38 oyunda meydana çıxıb.