Tanınmış qapıçı karyerasını bitirdi

“Yuventus”un və Polşa yığmasının sabiq qapıçısı Voyçex Şensnı karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə qolkiper özü açıqlama yayıb. Polşalı qapıçı ailəsinə daha çox vaxt ayırmaq üçün bu qərara gəldiyini deyib.

Şensnı karyerası ərzində “Roma”, “Arsenal” və “Yuventus”da forma geyinib.