Tanınmış qapıçı “Əl Nəsr”lə razılaşdı

“Yuventus”un qapıçısı Voyçex Şensnı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, polşalı qolkiper “Əl Nəsr”lə razılaşıb. Bu barədə “La Gazetta Dello Sport” nəşri məlumat yayıb. 34 yaşlı qapıçı illik 19 milyon avro qazanacağı müqaviləyə “hə” deyib.

“Əl Nəsr”də “qoca sinyora”nın sabi futbolçusu Kriştiano Ronaldo da çıxış edir.

Şensnı 2017-ci ildən “Yuventus”da çıxış edir. O, komanda ilə 252 oyunda iştirak edib və 8 titul qazanıb.