Tanınmış məşqçi ilə yollar ayrıldı

“River Pleyt”də baş məşqçi Martin Demiçelislə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Demiçelis 2023-cü ilin yanvarından “River Pleyt”ə rəhbərlik edirdi. Komanda onun başçılığı altında üç kubok qazanıb.